Ərəb qadınlar maşın sürməyi Bakıda öyrənir

05 May, 2018 17:51 | Sosial | Baxış sayı: 286
Sükan arxasında oturan ərəb qadın
Sükan arxasında oturan ərəb qadın

Bakıda sürücülük öyrənmək istəyən qadınlar arasında əcnəbilər, xüsusilə ərəb qadınlar çoxdur. 

İstiPress-in məlumatına görə, bu barədə yerli mətbuata sürücülük kursu təlimçisi Kifayət Həsənova bilririb. 

“Ərəb sürücülər tərcüməçilərlə gəlirlər, deyirlər ki, öz ölkələrində qaydalar sərtdir, qiymət baxımından da sərfəli deyil. Bəzi ölkələrdə sürücülük vəsiqəsinin verilmə qaydaları çox sərtdir. Elə Rusiyada bir neçə imtahan verilməlidir. Ərəb qadınlar deyirlər ki, Bakıda öyrənəndən sonra öz ölkələrində asan maşın sürə bilirlər. Səfirliyin xanım əməkdaşına da maşın sürməyi mən öyrətmişəm”,- deyə Həsənova vurğulayıb.