Bakıda həkim 8 yaşlı uşağı öldürdü

05 May, 2018 12:42 | Sosial | Baxış sayı: 431
Tunar İsayev
Tunar İsayev

TV-də reklam edilən həkim ət əvəzinə, damarı kəsib

Bakıda uşaq həkim səhvinin qurbanı oldu. 8 yaşlı Tunar İsayev burun-boğaz əməliyyatından sonra ölüb. İstiPress-in məlumatına görə, hadisənin "Xətai” Estetik Klinikasında baş verdiyini barədə yerli mətbuatda məlumat yayaılıb.

İddiaya görə, həkimlər səhvən 8 yaşlı Tunar İsayevin şah damarını kəsiblər. "Damarı yandırıb yapışdırıblar. Dünən öskürəndə damar açılıb və uşaq qanaxmadan qısa vaxtda vəfat edib”, deyə qohumları bildiriblər. 

Uşağın yaxınları bildiriblər ki, əməliyyatı "Xəzər TV"nin efirində tez-tez reklam olunan Natəvan Yaqubova həyata keçirib və o, səhvən uşağın şah damarını kəsib.