Gürcüstanda koronavirusdan ikinci adam öldü

05 Aprel, 2020 12:25 | Sosial | Baxış sayı: 60

İlk ölən Kəpənəkçi) kəndinin 79 yaşlı sakini idi

Gürcüstanda koronavirusdan ikinci ölüm halı qeydə alınıb.

İstiPress-in məlumatına görə, həmin şəxs 81 yaşlı qadındır.

Bununla qonşu ölkədə COVID-19 infeksiyasından dünyasını dəyişənlərin sayı iki nəfərə çatıb.

Qeyd edək ki, ötən gün Bolnisi rayonunun Kvemo Bolnisi (Kəpənəkçi) kəndinin 79 yaşlı sakini virusdan ölüb. Ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 170-ə çatıb.

Koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.

Dünyada 1 200 319 nəfərin COVID-19 testləri pozitiv nəticələnib, 64 667 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 246 174 nəfərə çatıb.