Bu yolda sürət həddi endirildi

05 Aprel, 2019 19:56 | Sosial | Baxış sayı: 114
Bakı-Quba yolu
Bakı-Quba yolu

AAYDA sürücülərə xəbərdarlıq edir

Bakı-Quba yolunda sürət həddi endirilib.

İstiPress-in məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatında bildirilir.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən başlayaraq Bakı şəhəri istiqamətində əsas hərəkət zolaqları üzrə aparılacaq təmir işləri ilə əlaqədar olaraq yol boyu hərəkət sürəti 70 km/saat-a qədər endirilir.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.