Bu Avropa paytaxtında ilk məscid açılır

05 Aprel, 2019 19:36 | Sosial | Baxış sayı: 114
Afinada məscid
Afinada məscid

Məsciddə 300 kişi və 50 qadın üçün ayrı ibadət yeri olacaq.

Yunanıstanın paytaxtı Afinada ibadətə icazə verilən ilk məscid aprelin sonunda açılacaq.

İstiPress BBC-yə istinadən xəbər verir ki, artıq məscidin idarə heyəti tərəfindən birinci imamı təsdiq edilib.

Məlumata görə, məsciddə 300 kişi və 50 qadın üçün ayrı ibadət yeri olacaq. Xütbələr yunan dilində və bəzən ingilis dilində, dualar isə ərəb dilində oxunacaq.

Qeyd edək ki, Yunanıstan Osmanlı imperiyasından ayrıldıqdan sonra Afinada məscid olmayıb. O zamanlar şəhərin mərkəzində məscidlərin binaları muzeylərə çevrilib. Yunanıstanda ümumiyyətlə isə məscidlər əsasən Frakiya bölgəsində türkdilli müsəlman əhalisinin yaşadığı yerlərdə fəaliyyət göstərir.