Bakı-Gəncə qatarında iki dəfə ucuzlaşma

05 Aprel, 2019 18:17 | Sosial | Baxış sayı: 123
Bakı - Gəncə sürət qatarı
Bakı - Gəncə sürət qatarı

Azərbaycan Dəmir Yollarından açıqlama

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) aprelin 8-dən Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının biznes yerlərinə gediş haqqını 2 dəfə azaldaraq 50 manatdan 25 manata endirəcək. 

İstiPress-ə bu barədə ADY-dən bildirilib. 

Standart və Birinci klass yerlərə isə gediş haqqı dəyişdirilməyib.