Xəzər TV-nin yeni sahibi Murad Dadaşovu təqdim etdi

05 Mart, 2020 18:14 | Sosial | Baxış sayı: 382

Telekanal SOCAR-ın balansına keçdi

Bu gün Xəzər TV MMC-nin təsis paylarının “SOCAR Media” İctimai Birliyi tərəfindən alınması barədə sənəd imzalanıb. 

İstiPress-in məlumatına görə, bu barədə SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib. 

Bildirib ki, kanalın yeni rəhbəri, Xalq artisti Murad Dadaşov “SOCAR Media”nın sədri Xalik Məmmədov tərəfindən kollektivə təqdim edilib. 

Qeyd edək ki, “SOCAR Media” İB SOCAR-ın təsisçiliyi ilə yaradılıb.