Məktəblərdə tətil aprelə kimi uzadıla bilər?

05 Mart, 2020 10:55 | Sosial | Baxış sayı: 9210
Dezinfeksiya
Dezinfeksiya

Təhsil üzrə ekspert hamını maraqlandıran suala cavab verdi

Tədris müəssisələrində martın 10-dək elan edilən tətilin vaxtı uzadıla bilərmi? Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin direktoru Kamran Əsədov bütün valideylərdə maraq doğuran suala cavab verib. 

Ekspertin sözlərinə görə, 10 mart artıq ilk dərs gündür. Tətil günlərinin mart ayaının sonuna kimi artırılması isə ehtimal edilmir. "İlk növbədə ona görə ki, tətil elan olunmasının əsas səbəbi koronovirusun məktəblərdə yayılması yox, koronovirusa və digər yolxucu xəstəliklərə qarşı məktəblərin dezinfeksiya olunması ilə bağlıdır. Yəni dərsin gedişində bunun edilməsi çətinlik törədirdi. Artıq bu günə qədər 4447 məktəbdən 3 minə qədəri, 50 dən çox universitet, bir o qədər kollec, 1672 uşaq bağçasında dezinfeksiya işləri görülüb. Deməli, təhsil müəssisələri normal tədrisə hazırdır və 9 marta qədər tamamilə başa çatacaq. Tətil günlərinin sayının artmasına isə ehtiyac yoxdur".

K.əsədov qeyd edib ki, 10 mart 2-ci günə təsadüf edir və şagirlər 4 gün dərsə getdikdən sonra şənbə və bazar günləri olacaq yenədə evdə qalacaq, ardınca isə 16-19 martda yenidən 4 gün dərsə gələcəklər və ondan sonra 20 martdan 26 martda daxil olmaqla təhsil alanlar 7 gün evdə qalacaq ki, 27 mart da 5 ci günə təsadüf edir, böyük əksəriyət də 1 günə görə dərsə getməyəcək, ardınca 28-29 martda şənbə və bazar günlərinə təsadüf edir və yenə də dərs yoxdur. "Bu o deməkdir ki, şagirdlər, tələbələr mart ayında cəmi 8 gün dərsə getmiş olacaqlar. Bu da 31 gün üçün kifayət qədər az hesab olunur.
Ümid edirəm ki, aprel ayında artıq koronovirus problemi həll olacaq və dərsin normal gedişi bərpa olacaq".

O, mart ayında tətil elan olunmuş 4 günün tədris kəsiri də aprel ayında ya şənbə günlərinə dərs salmaq hesabına, və ya dərslərin birləşdirilməsi üsulu ilə aradan qaldırıla biləcəyini deyib. 

"Tətil günlərinə görə iyun ayında dərslərin bir neçə gün əlavə olunmağı gözlənilirmi?" sualına cavabında isə mərkəzin direktoru Nazirlər Kabinetinin müvafiq qərarında bunun nəzərdə tutulmadığını deyib. "Belə hal olduqda ilk qərarda bu barədə məlumat verilir. İndiki halda tətil elan olunmuş 4 günün aprel ayında əvəzləməsi müzakirə olunur. Ona görə də dərslər öncədən müəyyən edilmiş vaxtda, 14 iyunda başa çatacaq".

Ekspert tətil günləri elan edildiyi üçün ştatda olan işçilərin əmək haqqının ödənilməsində hər hansı bir narahatlıq və kəsinti, azalma ola bilməyəcəyini də vurğulayıb. "Saathesabı çalışan işçilər də həmən tətil günlərinin dərsləri birləşdirilsə və ya hansısa günlə əvəz olunacağı təqdirdə, ümumilikdə isə jurnalda o dərslər qeyd olunacağı halda yenədə əmək haqqını əvvəlki qaydada tətil elan olunmuş günlərdə daxil olmaqla alacaqlar.

Bu Nazirlər Kabineti “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri” və qaydalarında əks olunub".