Bakıda duman xəbərdarlığı

05 Mart, 2020 10:10 | Sosial | Baxış sayı: 49
Dumanlı hava
Dumanlı hava

Sürət azaldılıb, tablolarda “duman” işarəsi qoyulub

Paytaxtda müşahidə olunan qatı dumanla əlaqədar Heydər Əliyev prospekti-Hava limanı və Zığ dairəsi-Hava limanı avtomagistrallarında sürət həddi zolaqlar üzrə müvafiq olaraq endirilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, elektron məlumat tablolarında “duman” işarəsi qoyulub.

Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsziliyini təmin etməkdir.