Dünyanın dini liderləri Bakıya gələcəklər

05 Mart, 2019 17:34 | Sosial | Baxış sayı: 72
Allahşükür Paşazadə və II İliya - Tiflis, 2014-cü il
Allahşükür Paşazadə və II İliya - Tiflis, 2014-cü il

Bunun üçün hazırlıq işləri aparılır

"Noyabrın 14-15-də bütün dünyanın dini liderlərinin Azərbaycanda toplanması nəzərdə tutulur".

IstiPress-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

Onun sözlərinə görə, bunun üçün hazırlıq işləri aparılır: "Azərbaycan təkcə nefti, iqtisadiyyatı ilə deyil, mənəvi həyatda gördüyü işlərlə də liderdir".