Qarajda yaşayan ağsaqqal sığınacağa yerləşdirilib

05 Fevral, 2020 16:19 | Sosial | Baxış sayı: 57

Uşaq evində böyüyən 63 yaşlı kişi ailə qura bilməyib

Bakıda qarajda yaşayan ağsaqqal sığınacağa yerləşdirilib.

İstiPress-in məlumatına görə, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov verib.

O bildirib ki, nazirliyə Bakı şəhəri, Azadliq prospekti, 24/184 ünvanında qarajların birində kimsəsiz və baxımsız şəraitdə yaşayan vətəndaş barədə məlumat daxil olub. Müraciət əsasında vətəndaşın qaldığı ünvana gedilib. Müəyyən edilib ki, uşaq evində böyüyən Həsənov Saleh Əbdül oğlunun hazırda 63 yaşı var, ailə həyatı qurmayıb, hazırda əmək fəaliyyəti məhduddur. 20 ildən çoxdur ki, müxtəlif ünvanlarda baxımsız vəziyyətdə yaşayır. Onunla söhbət aparılıb və razılığı ilə nazirliyin yaşayış yeri olmayanlar üçün sığınacağına yerləşdirilib. O, sığınacaqda lazımı şəraitlə təmin olunub.