İstanbulda təyyarə uçuş zolağından çıxıb parçalandı

05 Fevral, 2020 19:54 | Sosial | Baxış sayı: 172

İzmir-İstanbul reysi üzrə hərəkət edirmiş

Türkiyənin Sabiha Gökçen hava limanında sərnişin təyyarəsi uçuş zolağından çıxıb.

İstiPress “Hürriyet”ə istinadən xəbər verir ki, “Pegasus Hava yolları”na məxsus İzmir-İstanbul reysi üzrə hərəkət edən təyyarə eniş zamanı zolaqdan çıxaraq parçalanıb.

Hadisə yerinə xeyli sayda yanğınsöndürən, təcili tibib yardım maşınları, polis göndərilib.

Bütün uçuşlar İstanbul Hava Limanına yönləndirilib.