Xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib
Bakıda 2 yaşlı uşaq 6-cı mərtəbədən yıxılaraq ölüb.
İstiPress-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.
2017-ci il təvəllüdlü Sərdarlı Mehdi Əlihüseyn oğlu 6-cı mərtəbədə yerləşən evin pəncərəsindən yıxılıb. Azyaşlı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.