Külək Bakıda problem yaratdı, ağac kökündən çıxdı

05 Yanvar, 2019 10:55 | Sosial | Baxış sayı: 48
Külək nəticəsində sınan ağac
Külək nəticəsində sınan ağac

Ancaq Nəsimi və Yasamal rayonlarında 16 ağac sınıb

Bakıda ötən gün axşam saatlarından başlayan güclü külək şəhərin müxtəlif yerlərində fəsadlar törədib. Bunu KİV-ə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, yanvarıın 4-ü saat 21-dən sonra meriyaya güclü küləyin fəsadları ilə bağlı 17 müraciət daxil olub. Paytaxtın Nəsimi və Yasamal rayonlarında 16 ağac sınıb, Alatava qəsəbəsində isə bir çinar ağacı kökündən çıxıb.

Birlik rəsmisi dünən gecədən heyətin gücləndirilmiş iş rejimində çalışdığını da qeyd edib: “Axşam saat 9-dan sonra bizə məlumat daxil olan kimi əməkdaşlarımız bir-bir ərazilərə baş çəkib və ağacların qırılması nəticəsində yaranan fəsad aradan qaldırılıb. Səhərə kimi bu işlər görülüb və artıq yekunlaşıb”.