Bakının işlək yolu bağlanır

05 Yanvar, 2018 09:07 | Sosial | Baxış sayı: 177
Binəqədi yolu
Binəqədi yolu

Yolda təmir başlayır

Sürücülərin nəzərinə. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən İstiPress-ə verilən məlumata görə, Bakının işlək yollarından daha biri bağlanır. 

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq bu gündən etibarən Binəqədi rayonu Məsud Davudoğlu küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Küçə ilə hərəkətin qismən məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə saxlanılacaq.

Sözügedən ərazidə sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.