Azərbaycanda 15 yaşlı gəncə vəzifə verildi

05 Yanvar, 2018 17:31 | Sosial | Baxış sayı: 601
Reyhan Camalova - “Rainenergy” qurğusu ilə Azərbaycanı təmsil etmiş qubalı qız
Reyhan Camalova - “Rainenergy” qurğusu ilə Azərbaycanı təmsil etmiş qubalı qız

Dövlət Agentliyinin İdeya müvəkkili

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində yağış suyundan enerji alınmasına imkan verən “Rainenergy” qurğusu ilə Azərbaycanı təmsil etmiş Reyhan Camalova ilə görüşüb.

İstiPress-ə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən verilən məlumata görə, görüş zamanı məktəb və universitetlərdə innovasiyaların təşviqi, ideyaların toplanılması və gənclərin, xüsusilə məktəblilərin bu prosesə cəlb edilməsi istiqamətində işlərə dair müzakirələr aparılıb.

Həmçinin R.Camalova gənc innovativ məktəbli kimi Dövlət Agentliyinin İdeya müvəkkili vəzifəsinə təyin edilib. Belə ki, ona 2 il ərzində Dövlət Agentliyində ictimai əsaslarla fəaliyyət göstərməsi, innovativ ideyaları olan istedadlı gənclərin layihələrini üzə çıxarması və reallaşdırmasına dəstək göstərməsi üçün xidməti vəsiqə təqdim edilib.

Reyhan Rauf qızı Camalova 17 noyabr 2002-ci il tarixində Quba şəhərində ziyalı ailəsində anadan olub. O, 2017-ci ildə “Rainenergy”  qurğusunun yaradıb. Yağış suyundan enerji istehsalını nəzərdə tutan bu qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırıb, 22 vatt enerji yaradır.

Reyhan Camalova və İnam Kərimov
Reyhan Camalova və İnam Kərimov