ANS-in keçmiş əməkdaşı övladını itirdi

05 Yanvar, 2018 17:14 | Sosial | Baxış sayı: 512
Gülnarə Məmmədova - teleaparıcı
Gülnarə Məmmədova - teleaparıcı

ANS-in keçmiş əməkdaşı, "Kamerton" verilişinin aparıcısı, hazırda Türkiyədə yaşayan  Gülnarə Məmmədova qızını itirib. 

İstiPress-in məlumatına görə, bu barədə Gülnarə Məmmədova sosial şəbəkədə məlumat yayıb.

“Qızım sən mənim həyatımda oxuduğum ən gözəl hekayəmsən. Hər zaman mənimləsən, qəlbimin ən gözəl yerindəsən. Məndə doğuldun, heç batmayan günəşimsən. Sən mənə Mövlamın verdiyi, bu dünyada aldığım ən gözəl hədiyyəmsən. Yanımda olsan da, olmasan da, məndə qoyduğun və heç silinməyən iz buraxan imzamsan. Keçməyən şirin acımsan. Sən hər iki dünyada mənə lazımsan. Cənnətə birlikdə getdiyim açarımsan. Sən mənim canımsan, qanımsan, bircə qızımsan...”

Xatırladaq ki, Gülnarə ötən il, yəni dekabrın əvvəlində ana olmuşdu. 

Qeyd edək ki, aparıcı 2015-ci ildə Özgür adlı türkiyəli iş adamı ilə evlənib. 

Gülnarə Məmmədova və həyat yoldaşı Özgür
Gülnarə Məmmədova və həyat yoldaşı Özgür