Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat edib

04 Dekabr, 2020 10:27 | Sosial | Baxış sayı: 177
Elman Yəhyayev
Elman Yəhyayev

Bakı şəhəri, Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elman Yəhyayev koronavirusdan dünyasını dəyişib.

İstiPress-in məlumatına görə, 57 yaşlı E.Yəhyayev bir neçə gün öncə adıçəkilən virusa yoluxma səbəbindən 1 saylı Kliniki Tibbi Mərkəzinə (Semaşko) yerləşdirilib və müalicə alırmış.

E.Yəhyayev doğulduğu Sabirabad rayonunda dəfn ediləcək.

Allah rəhmət eləsin!