Bu il qış saat necədə gələcək?

04 Dekabr, 2018 11:35 | Sosial | Baxış sayı: 218
Qarlı hava
Qarlı hava

Fəsillərin Azərbaycana daxil olma vaxtları bilinib

Bu il Azərbaycana qış fəslinin daxil olacağı vaxt açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov deyib ki, qış fəsli ölkəyə dekabrın 22-si saat 02:22:42-də qədəm qoyacaq.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycana yaz martın 21-də Bakı vaxtı ilə saat 01.58-də, yay iyunun 21-də saat 19.54-də, payız sentyabrın 23-də saat 11.50-də, qış isə dekabrın 22-də saat 08.19-da daxil olacaq.