Bakıda uşaq bağçalarına qəbul forması dəyişir

04 Dekabr, 2018 11:53 | Sosial | Baxış sayı: 82
Bağça
Bağça

BŞİH yeniliyin şəffaflığın təmin olunmasına gətirib çıxaracağına ümid edir

Bakıda uşaq bağçalarına qəbul elektron qaydada aparılacaq. Bunu Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Başçısı Aparatının rəhbəri Elgin Həbibullayev  deyib. Onun sözlərinə görə, bu, neqativ halların aradan qaldırılmasına, bu sahədə şəffaflığın təmin olunmasına gətirib çıxaracaq.

“Hazırda Bakıda 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan araşdırmalar nəticəsində paytaxtda təmirə ehtiyacı olan bağçalar müəyyənləşdirilərək onların əsaslı təmiri ilə bağlı tədbirlər hazırlanır”.

BŞİH rəsmisi deyib ki, şəhər rəhbərliyi tərəfindən bu müəssisələrin fəaliyyəti və buradakı bütün məsələlər ciddi nəzarətə alınıb və bütün sahələr üzrə yeniliklər və islahatların aparılması planlaşdırılıb.