Bakıda rəis cərimələndi - 2500 manat

04 Dekabr, 2018 10:42 | Sosial | Baxış sayı: 59
Zavod tüstüsü
Zavod tüstüsü

Onun rəhbəri olduğu sex havanı çirkləndirimiş

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Binəqədi rayonu, C.Xəndan küçəsində fəaliyyət göstərən metalkəsmə sexindən atmosferə atılan tullantılarla bağlı daxil olan şikayəti nazirliyin əməkdaşları yerində araşdırıblar. Bununla bağlı sexdə monitorinq keçirilib. 

Atmosfer havasından nümunələr götürülüb və analiz aparılıb. Analizin nəticələrinə görə havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı sexə cavabdeh şəxs İlqar Ağayev barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub.

Atmosferə atılan tullantıların qarşısının alınması məqsədilə İ.Ağayevə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.