Azərbaycanda yeni təhsil qanunu - bu şagirdlər imtahandan azad olur

04 Dekabr, 2018 12:00 | Sosial | Baxış sayı: 561
İmtahan
İmtahan

Onlar ancaq bir imtahanla universitetlərə daxil ola biləcəklər

Azərbaycanda yeni “Ümumi təhsil haqqında” qanun layihəsi hazırlanıb. Qanun Azərbaycanda fəaliyyət göstərən dini təhsil müəssisələrinə, xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları yanında təhsil müəssisələrinə şamil edilmir.

Qanun layihəsi parlamentin “Elm və təhsil” komitəsinin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Yeni qanuna görə, Azərbaycanda təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunacaqlar. Layihənin 13-cü (Ümumi təhsilin təşkili) maddəsinə əsasən, təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunacaqlar.

Bundan başqa Azərbaycanda ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlara xüsusi nümunəli attestat veriləcək. Qeyd olunur ki, ümumi təhsil haqqında dövlət sənədi növbəti səviyyədə və pillədə təhsili davam etdirmək və ya əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır.

Yeni qanun layihəsinə əsasən, müxtəlif səbəblərdən orta və ya tam orta təhsil səviyyəsini başa vurmayan şəxslərə müəyyən edilmiş qaydada arayış verilir.