Bu ərazilərdə su olmayacaq

04 Noyabr, 2019 08:33 | Sosial | Baxış sayı: 101
Su kranı
Su kranı

Magistral su kəməri dəyişdirilir

Gecə saatlarından "Sumqayıt stansiyası" və ətraf ərazilərə, həmçinin Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələrinə, habelə ətrafdakı yaşayış massivlərinə  içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Məhdudiyyət axşam saatlarına qədər davam edəcək. 

"Azərsu" ASC-dən verilən məlumata görə, buna səbəb Sumqayıt Karbomid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsidir.