Bakıda tanınmış cərrahın yubileyi keçirilib

04 Noyabr, 2019 19:31 | Sosial | Baxış sayı: 118

Mürsəl Qarayevə həsr edilmiş “Cərrah” sənədli filmi nümayiş olunub

Tanınmış cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olunub.

İstiPress-in məlumatına görə, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında keçirilən yubiley tədbirində dövlət və hökumət rəsmiləri iştirak ediblər.

Çıxışlardan sonra Mürsəl Qarayevə həsr edilmiş “Cərrah” sənədli filmi nümayiş olunub. Tədbirin sonunda Mürsəl Qarayevin ailəsi adından Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edib.

O bildirib ki, Mürsəl Qarayevin yubileyinin keçirilməsi ölkə rəhbərliyinin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizin görkəmli insanlarının xatirəsinə diqqətinin təzahürüdür. Əbülfəs Qarayev təqdim olunan filmin və kitabın müəlliflərinə təşəkkür edib. Bildirib ki, hər bir xalqın görkəmli nümayəndələrinin tarixdə qalması üçün incəsənətin, mədəniyyətin böyük rolu var: “Kitabda və filmdə yaddaqalan anlar, xatirələr yer alıb. Atamın fəaliyyəti əks olunub. Filmi izlədikcə, orada səslənən fikirləri eşitdikcə bir daha əmin oluruq ki, bu insan həyatını hədər yaşamayıb”.

Sonda tədbir iştirakçılarına “Doktor Qarayev” xatirə kitabı hədiyyə edilib.