Bakı-Gəncə sürət qatarının hərəkət cədvəli dəyişdirilir

04 Noyabr, 2019 15:20 | Sosial | Baxış sayı: 47
Bakı - Gəncə sürət qatarı
Bakı - Gəncə sürət qatarı

Gündüz vaxtının qısalması səbəbindən sərnişinlərin müraciətləri nəzərə alınıb

Qış mövsümünə keçidlə əlaqədar noyabrın 12-dən Bakı-Gəncə-Bakı sürət elektrik qatarının hərəkət cədvəli dəyişdiriləcək.

İstiPress-ə bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Məlumata görə, gündüz vaxtının qısalması səbəbindən və sərnişinlərin müraciətlərini nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları” QSC həmin istiqamətdə qatarların qrafikini yeniləyib. Belə ki, 702/701 nömrəli qatar Bakıdan saat 08:45-da yola düşəcək, saat 13:00-da Gəncəyə çatacaq. Gəncədən saat 17:00-da yola düşən qatar isə saat 21:15-də Bakıda olacaq.