Azərbaycanda körpələrə qoymaq istənilən qəribə adlar - Kapitalina, Yaxşıtəhər, Qulfallah

04 Oktyabr, 2019 17:00 | Sosial | Baxış sayı: 181
Körpə
Körpə

Bir neçə yeni adın qoyulmasına icazə verilib

Sentyabr ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 68 müraciətə baxılıb”.

İstiPress-in məlumatına görə, bunu “report”a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, müraciətlərdə qeyd olunan 22 adın körpələrə qoyulması tövsiyə edilməyib və valideynlərin həmin adları övladlarına qoymaq cəhdlərinin qarşısı alınıb: “Küheyl, Sofu, Saida, Əliyənaqi, Əliyənvəluyullah, Kapitalina, Həzrətəli, Meysəm, Ezel, Sada, Rina, Füruri, Sülhe, Nəroğlan, Ülya, Əliaçıq, Nağdı, Çiçəklən, Yaxşıtəhər, Qulfallah, Fatehsultan adlarının qoyulmasına müsbət cavab verilməyib. Ümumiyyətlə, bu adların uşaqlara qoyulması qadağan edilib”.

S.Sadıqova əlavə edib ki, ötən ay bir neçə yeni adların (Şahəddin, Nəyyur, Uyqunə, Nurruh, Tamər, Aiza və s.) adlarının qoyulmasına isə icazə verilib.