Dünyanı yeni qorxulu narkotik maddə cənginə alıb

04 Oktyabr, 2017 18:03 | Sosial | Baxış sayı: 582
Flakka
Flakka

İstifadəçilər zombiləşir

"Flakka” adlı sintetik narkotik maddənin yayılması ilə bağlı bir çox ölkələr həyəcan təbili çalır.

İstiPress Medicina.az-a istinadən xəbər verir ki, dünyada sürətlə yayılan bu uyuşdurucu maddə Alpha-PDP kimyəvi birləşməlidir. İri duz kristalına bənzəyən Flakka Türkiyəyə də gəlib çatıb. Daha ucuz satılan və asan əldə olunan həblərlə bağlı Türkiyə mətbuatı narkotik istifadəçilərinə, klub sahiblərinə, valideynlərə xəbərdarlıq edib.

Bu maddəni qəbul edən insanın hərəkətləri zombini xatırladır, anlaqlı olmur və digərlərinə ziyan vurmağa meyilli olurlar. Sintetik uyuşdurucu insanda hallüsinasiyalar yaradır, başqalarına hücum və intihara meyl oyadır. Ürək, qan-damar və əzələ sistemi gərginləşir.