Müəllimlərə iş üçün hansı sənədlər lazımdır? SİYAHI

04 Sentyabr, 2019 12:16 | Sosial | Baxış sayı: 307
Müəllimlərin imtahanı
Müəllimlərin imtahanı

Əlavə yerləşdirmənin nəticəsi açıqlanıb

Avqustun 3-də müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri məlum olub.

Təhsil Nazirliyindən məlumat verilib ki, əlavə yerləşdirmə zamanı uğur qazanmış namizədlər sentyabr ayının 10-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.