ABŞ-da ilk dəfə elektron siqaretlər qadağan edildi

04 Sentyabr, 2019 18:58 | Sosial | Baxış sayı: 34

Tütün qoxulu siqaretlərin istifadəsi sərbəstdir

ABŞ-ın Miçiqan ştatında ilk dəfə elektron siqaretlər qadağan olunub.

İstiPress-in məlumatına görə, ştat qubernatoru Qrethen Uitmerin sözlərinə görə, qadağa gəncləri siqaretin zərərli təsirlərindən qorumaq məqsədi daşıyır. Qadağa meyvəli, şirin, nanə və mentol ətirli siqaretlərə aiddir. Tütün qoxulu siqaretlərin istifadəsi isə sərbəstdir.

Elektron siqaretlərin pərakəndə və onlayn satışına da 6 ay müddətinə qadağa qoyulub.