Bakının daha bir məktəbi yeniləndi FOTOLAR

04 Sentyabr, 2017 10:55 | Sosial | Baxış sayı: 142
Prezident məktəbdə
Prezident məktəbdə

Prezident 912 şagirdlik məktəbə baş çəkib

Bakıda təmirdən sonra daha bir məktəbin açılışı olub.

İstiPress-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki 74 nömrəli tam orta məktəbdə olub. Dövlət başçısı əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətn başçısına məlumat verib. Bildirilib ki, 38 sinif, 2 informatika, 3 laboratoriya, idman və akt zalları, hərbi otaq, yeməkxanadan ibarət məktəbin mövcud korpusu 1960-cı ildən fəaliyyət göstərir. 

Təhsil müəssisəsinin yerləşdiyi ərazinin sahəsi 11 min kvadratmetrə yaxındır. 912 şagird yerlik məktəbdə tədrisin müasir səviyyədə qurulması üçün hər cür şərait yaradılıb. 

Yeni tədris ilində şagirdlərin ixtiyarına veriləcək futbol meydançasında da lazımi idman qurğuları qoyulub. Məktəbin həyətyanı ərazisində geniş abadlıq işləri aparılıb, işıqlandırma sistemi quraşdırılıb.