Bakıda sərnişin avtobus sürən sürücünü boğmağa çalışdı VİDEO

04 Sentyabr, 2017 07:45 | Sosial | Baxış sayı: 195
Avtobusda insident
Avtobusda insident

Sərnişin dayanacaqdan kənarda saxlamağı tələb edib

Bakıda sürücü və sərnişinlər arasında növbəti insidentin videogörüntüləri yayılıb. İstiPress-in məlumatına görə, hadisə 96 saylı avtobusda,  Beşmərtəbə adlanan ərazinin yaxınlığında baş verib. 

Son dayanacağına çatan sürücü sərnişinləri boşaldıb. Bu zaman minən sərnişinlərdən biri ondan hansı istiqamətdə getdiyini soruşub. Getdiyi istiqamətdə dayanacaq olmadığı cavabını eşitsə də o avtobusdan düşməyib və yoluna davam edib.

Bir neçə dəqiqədən sonra o sürücüdən avtobusu saxlamağı tələb edib. Lakin adı hələlik bilinməyən sürücü dayanacaq olmadığını deyərək bundan imtina edib. Bu zaman sərnişin sükan arxasında olan sürücünün boğazından tutaraq boğmağa başlayıb və saxlamasını tələb edib.

Məcbur qalan sürücü avtobusu saxlayıb, sərnişin isə onu söyərək maşından düşüb.

Sərnişin 96 nömrəli avtobus sürücüsünü boğur