Həkimlər üçün MÜJDƏ

04 Avqust, 2017 12:46 | Sosial | Baxış sayı: 150
Bölgədə işləyən həkimlərimiz
Bölgədə işləyən həkimlərimiz

84 həkim işə müsabiqə ilə qəbul olundu

Səhiyyə Nazirliyi həkimlərin mərkəzləşdirilmiş işə qəbulu ilə bağlı keçirdiyi son müsabiqənin nəticələrini açıqlayıb.

Nazirlikdən İstiPress-ə verilən məlumata görə, müsabiqə iyulun 24-25-də keçirilib. Müsabiqənin nəticılərinə əsasən, 84 nəfər həkim işə qəbul edilib.

Qeyd edək ki, "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı Azərbaycan Səhiyyə Nazirliyinin kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən, nazirliyin tabeliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.