Bakıda havanı korlayan 160 sürücü cərimələndi

04 Avqust, 2017 18:10 | Sosial | Baxış sayı: 70
Yol polisi
Yol polisi

100-dən artıq nəqliyyat vasitəsinə baxış keçirilib

Bu gün səhər saatlarından nahar fasiləsinə qədər "Təmiz hava" aylığı çərçivəsində Bakının "Ekologiya postu"nda 100-dən artıq nəqliyyat vasitəsinə baxış keçirilib.

İstiPress xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, saxlanılan avtomobillərdən 16-nın ixrac etdiyi dəm qazı normadan artıq olduğu üçün onlara inzibati protokol tərtib edilib.

V.Əsədovun sözlərinə görə, ümumilikdə aylığın başlandığı 4 gün ərzində, yəni avqustun 1-dən bu günə qədər "Ekologiya postu"nda 160 avtomobilə protokol tərtib edilib.

Qeyd edək ki, avqustun 1-dən 31-dək Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində "Təmiz hava" aylığı keçirir.

Aylığın keçirilməsində əsas məqsəd atmosferin çirkləndirilməsinin qarşısını almaqdır.