Türkiyə Azərbaycanla hava sərhədini açır

04 İyun, 2020 16:42 | Sosial | Baxış sayı: 146
Türk Hava Yolları
Türk Hava Yolları

İyunun 15-dən etibarən Türkiyədən Azərbaycana uçuşlar bərpa olunacaq.

İstiPress-in məlumatına görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.

Məlumata görə, iyun ayında mərhələli şəkildə 40 ölkəyə uçuşlar bərpa ediləcək.

İlk uçuşlar iyunun 10-dan Şimali Kipr Türk Respublikası, Bəhreyn, Bolqarıstan, Qətər və Yunanıstana olacaq.