Şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulacaq

04 İyun, 2020 10:44 | Sosial | Baxış sayı: 123
Karantin
Karantin

"Həftəsonları üçün sərtləşdirici tədbirlərin olması üçün alqoritm hazırlanırdı. Müraciətimiz dəyərləndirilib".

İstiPress-in məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, narıncı zonada (Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda) şənbə və bazar günləri tam küçəyə çıxma qadağası təklif edilib:

"Cümə günündən başlayacaq qadağa birinci günə kimi olacaq. İrəlidəki bir-iki ay müddətində 2-3 günlük qadağa ola bilər. Qərarın detalları müzakirə olunur".

"Cümə günü axşamdan bazar ertəsi səhərə qədər tam məhdudlaşdırma qaydası qüvvəyə minə bilər”, -  Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov isə əlavə edib.