Sabah bu şəhərlərdə dövlət qurumları saat 14:00-dək işləyəcək

04 İyun, 2020 15:01 | Sosial | Baxış sayı: 175
ASAN Xidmət
ASAN Xidmət

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində dövlət orqanları və qurumları üçün iş saatı qısaldılıb.

İstiPress-in məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.

İyunun 5-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində dövlət orqanları və qurumları üçün saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilib.