Ermənistanda bir gündə 697 nəfər koronavirusa yoluxdu

04 İyun, 2020 11:16 | Sosial | Baxış sayı: 29
Ermənilər Nikol Paşinyanın koronavirusa yoluxmasına inanmır
Ermənilər Nikol Paşinyanın koronavirusa yoluxmasına inanmır

Ermənistanda son sutkada 697 nəfər koronavirusa yoluxub.

İstiPress-in məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook”da canlı yayımda bildirib.

“697 yeni yoluxma faktı qeydə alınıb. Bu o deməkdir ki, tibb müəssisələrimiz artıq müalicəyə ehtiyacı olan yeni pasiyentləri qəbul etmək gücündə deyil”, - N.Paşinyan vurğulayıb.

Baş nazirin sözlərinə görə, 6 nəfər koronavirusdan ölüb, koronavirus diaqnozu qoyulmuş daha 9 nəfər isə başqa səbəblərdən vəfat edib.

Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 11 221-ə yüksəlib. Virusdan ölənlərin sayı isə 176 nəfərə çatıb.