Velosipedçilərə görə Bakının bu yolarında hərəkət dəyişir SİYAHI

04 İyun, 2018 11:30 | Sosial | Baxış sayı: 110
Velosipedçilərimiz
Velosipedçilərimiz

Sürət həddi 30-50 km müəyyən olunub

İyunun 5-9 tarixlərində Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı keçiriləcək. Çempionatla əlaqədar paytaxtın bəzi yollarında maşınların hərəkəti dayandırılacaq. 

Bakı şəhər Baş Polis İdarəsinin BPİ Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, Səbail rayonu, Bibiheybət məscidindən Lökbatan dairəsinə qədər avtomobillərin hərəkəti tam məhdudlaşdırılmadan, dəyişiklik edilməklə, hərəkət yolun sağ zolağı istiqamətində nəzərdə tutulub. 

“Yarış iştirakçılarının təhlükəsizliyinin mühafizəsi məqsədi ilə yol iki hissəyə bölünməklə sürət həddi 30-50 km müəyyən olunub. Ərazi üzrə müvafiq yol nişanları quraşdırılıb və istiqamətverici xətlərlə hərəkət tənzimlənir. Səbail rayonunun “Şıx sahəsi” ərazisində, “Dostluq parkı”da yoxlanış-buraxılış-keçid hissələri tam nəzarətə götürülməklə polis əməkdaşları tərəfindən mühafizə olunur.

Qeyd edilən ərazilər üzrə yarışların startı verilən andan etibarən paytaxtın Şimal tərəfindən giriş və çıxışı digər yolla tövsiyyə olunur. Bibiheybət məscidindən Şimal istiqamətində süni sıxlığın yaranmaması üçün 20-ci sahə dairəsindən dağüstü yolla – Badamdart qəsəbəsindən keçməklə Mikayıl Müşfiq küçəsi ilə III kənar dairəvi yolla, Şimaldan paytaxt mərkəzinə doğru hərkət edənlər Lökbatan dairəsindən III kənar dairəsi yolla Yasamal rayonu ərazindən qeyd edilən yolla hərəkət edə bilər".

DYP rəsmisi sürücülərdən və avtomobil sahiblərindən bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi, ictimai nəqliyyata üstünlük verməyi xahiş edib.