Bakıda daha bir zavodda yanğın

04 İyun, 2018 16:53 | Sosial | Baxış sayı: 99
Yanğını söndürməyə çalışan FHN əməkdaşları
Yanğını söndürməyə çalışan FHN əməkdaşları

Bakı şəhəri, Binəqədi rayonunda Poladtökmə Zavodunun ərazisində istifadəyə yararsız avtomobil şinləri yanıb. 

İstiPress FHN-ə istinadən xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerində olublar. İlkin məlumata görə, təxminən 200 m² ərazidə istifadəyə yararsız avtomobil şinləri yanıb.

Yanğının qarşısı alınıb.