Bakıda bir sıra ərazilərdə hərəkət məhdudlaşdırılıb

04 May, 2020 11:27 | Sosial | Baxış sayı: 88
Yol polisi
Yol polisi

İki gün davam edəcək

Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 4 və 5 may tarixlərində Moskva prospektindən, həmçinin Bakı Dairəvi-1 avtomobil yolundan “Şamaxı yolu” adlanan ərazi istiqamətində hərəkət məhdudlaşdırılır.

 İstiPress-ə bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən bildirilib. 

Məlumata görə, alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan və Biləcəri enişindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

Təmir-tikinti işləri Müzəffər Həsənov küçəsinin 20 Yanvar dairəsindən Mirzə Abbas Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissəsində də aparılır. Bu üzdən təmir işləri bitənədək küçənin sözügedən hissəsi ilə də hərəkət məhdudlaşdırılıb.