Xocahəsən-Lökbatan yolu bağlanır

04 May, 2019 17:12 | Sosial | Baxış sayı: 97
Yol təmiri
Yol təmiri

Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq

Sabahdan Xocahəsən-Lökbatan yolunun bir hissəsində hərəkət məhdudlaşdırılır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından etibarən Xocahəsən-Lökbatan avtomobil yolunun “Meyvəli” ticarət mərkəzinin qarşısından Xocahəsən qəsəbəsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq. Təmir işləri müddətində sürücülər alternativ olaraq Bakı-Dairəvi 1 avtomobil yolundan istifadə edə bilərlər.