İşdən çıxarılan müəllimlə bağlı - RƏSMİ AÇIQLAMA

04 May, 2018 16:53 | Sosial | Baxış sayı: 501
Məktəbli
Məktəbli

Bakı Şəhər Təhsil İdarəsi şagirdi döydüyünə görə işdən qovulan müəllimlə bağlı yeni məlumat yayıb.

İstiPress-ə idarədən verilən açıqlamada bildirilib ki, 189-190 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Səyyarə Əliyevanın işdən azad olunması haqqında verilmiş qərar müvafiq qanunvericiliyin tələbləri çərçivəsindədir:

“Müvafiq araşdırma müəllimin iştirakı ilə həyata keçirilib və məktəbin Həmkarlar İttifaqı Komitəsində aparılan müzakirə, eləcə də müəllimin özünün işdən azad olunma barədə ərizəsi nəzərə alınaraq, yekun qərar qəbul edilib”.

 Sosial şəbəklərdə yayılan videolarda isə şagirdi döyənin müəllimə yox, doğma valideyni Xanım Əliyeva olduğu bildirilir: