Bakıda fasiləsiz işləyəcək qərargah yaradıldı

04 May, 2017 17:35 | Sosial | Baxış sayı: 83

Səhiyyə Nazirliyi məlumat yaydı

2017-ci ilin may ayının 12-dən 22-dək  Azərbaycanda keçiriləcək IV Islam Həmrəyliyi Oyunlarına Səhiyyə Nazirliyi  tərəfindən hazırlıq işləri davam edir.  Səhiyyə Nazirliyinin mətbuat xidmətindən İstiPress -ə verilən xəbərə görə, iştirakçı idmançılara və qonaqlara lazımi tibbi xidmətlərin vaxtında göstərilməsini təmin etmək və bu müddət ərzində yarana biləcək hər hansı halı operativ həll etmək məqsədi ilə Səhiyyə Nazirliyində 24 saat fasiləsiz fəaliyyət göstərən Qərargah yaradılıb. Oyunlar zamanı Bakıya gələcək qonaqlar üçün səhiyyə məsələləri ilə bağlı məlumat hazırlanıb və IV İslam Həmrəyliyi Oyunlarının rəsmi internet səhifəsində yerləşdirilib.

Oyunlar zamanı istər idmançılar, ölkəyə gəlmiş qonaqlar, istərsə də əhalinin ehtiyaclarına uyğun tibbi xidmətlərin yüksək səviyyədə göstərilməsi ilə bağlı bütün tibb müəssisələrində gücləndirilmiş iş rejimində fəaliyyətin  göstərilməsi üçün zəruri şərait yaradılıb.