Gürcüstanda "korona" ilk can aldı

04 Aprel, 2020 14:07 | Sosial | Baxış sayı: 91
Koronavirus
Koronavirus

Ölən qadın Marneulidəndir

Gürcüstanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb. Dünyasını dəyişən pasiyent 79 yaşlı qadındır. O, martın 31-də xəstəxanaya yerləşdirilib. Ölən qadın ürək çatışmazlığından əziyyət çəkib. Adı açıqlanmayan yaşlı qadın azərbaycanlıların sıx yaşadığı Marneulidəndir. 

Bu günə qədər Gürcüstanda koronavirusa 157 nəfər yoluxub ki, onların da 28-i tam sağalıb.

Xatırladaq ki, pandemiya ilə bağlı Gürcüstanda fövqəladə vəziyyət elan edilib. Mart ayının 31-dən komendant saatı işə düşüb. Saat 21:00-dan səhər saat 06:00-na imi küçəyə çıxmaq qadağandır.