Güclü qar-yağış geri qayıdır - hava yenə kəskin dəyişir XƏBƏRDARLIQ

04 Aprel, 2020 13:35 | Sosial | Baxış sayı: 293
Qarlı hava
Qarlı hava

Soyuq hava aprelin 9-u səhərə kimi davam edəcək

Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən,  aprelin 6-sı səhərdən 9-u gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun tədricən aşağı enəcəyi,  6-sı səhərdən 7-si səhərədək şimal-qərb küləyinin 15-20  m/s, yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcəyi gözlənilir. Aprelin 7 və 8-də arabir yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq. 

Azərbaycanın rayonlarında aprelin 6-sı səhərdən 9-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir  yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Aprelin 6-sı səhərdən 7-si səhərədək qərb  küləyi  15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək.  Çaylarda sululuğun artacağı ehtimalı var.