6 körpədə koronavirus tapıldı

04 Aprel, 2020 11:28 | Sosial | Baxış sayı: 137
Yenidoğulan körpə
Yenidoğulan körpə

Yoluxmanın 5-i ABŞ, 1-i isə İranda qeydə alınıb

İlk yayıldığı dövrlərdə uşaqlara yoluxmaması ilə bilinən koronavirus yaş kateqoriyasını gün keçdikcə daha da böyüdür. Belə ki, ABŞ-da 5 körpədə adıçəkilən virus aşkar edilib. Merilend ştatında koronavirusa yoluxan körpələrədn biri 1 aylıq, digrləri isə 1 yaşdan kiçikdirlər.

İranda yenicə doğulmuş körpəyə koronavirus diaqnozu qoyulub. Bunu Şəhid Saduki Tibb Universitetinin prorektoru Mahmud Nuri Şadkam açıqlayıb. Prorektor universitet xəstəxanasına doğum üçün müraciət edən qadının koronavirus şübhəlisi, doğulmuş körpədə isə koronavirusun aşkarlandığını bildirib.

Qeyd edək ki, aprelin 3-nə olan məlumata görə, İranda qeydə alınmış koronavirus hallarının sayı 53 183 nəfərə çatıb. Pandemiya qurbanlarının sayı isə 3 294 nəfərdir.

Merilenddə isə indiyədək 2 758 nəfərə koronavirus diaqnozu qoyulub. Ştatda pandemiya qurbanlarının sayı isə 47 nəfərdir. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 118 000-i ötüb. Bunların 229 151 nəfəri sağalıb, 59 203 nəfəri isə ölüb.