19 illik antirekord yaşayan neftdən sevindirən xəbər

04 Aprel, 2020 13:20 | Sosial | Baxış sayı: 130
Neft
Neft

Qiymət 35 dollara çatır

Dünya birjalarında neftin qiyməti bahalaşıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 4,17 dollar artaraq 34,11 dollara çatıb. 

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 3,02 dollar bahalaşaraq 28,34 dollar təşkil edib.

19 illik antirekorddan sonra Azərbaycan neftinin qiyməti də bahalaşır. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 3,90 dollar artaraq 24,14 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 1-də minimuma enərək 16,53 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.