Bu uşaq yeməyini almayın - XƏBƏRDARLIQ FOTOLAR

04 Aprel, 2019 13:43 | Sosial | Baxış sayı: 276
Uşaq yeməyi
Uşaq yeməyi

İçərisində yararsız yad cisimlər aşkarlanan qida labaratoriyaya göndərilib

Azərbaycanda satılan uşaq qidasında yad cisimlər tapılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Baş Prokurorluğun birgə məlumatında bu barədə bildirilir. 

AQTA-dan verilən məlumata görə,  “Çağrı Mərkəzi”nə “Malyutka – 2” əmtəə nişanlı uşaq qidası ilə bağlı daxil olan şikayət əsasında Agentliyin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən birgə əməliyyat tədbiri həyata keçirilib. Araşdırmalar zamanı müxtəlif satış şəbəkələrində “Malyutka – 2” əmtəə nişanlı uşaq qidasına baxış keçirilib və məhsulun içərisində istehlak üçün yararsız yad cisimlər aşkar olunub. Laborator müayinələrin aparılması üçün məhsullardan nümunələrin götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratosiyasına göndərilib. Hazırda həmin məhsulların mənbəyinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Sahibkarlardan araşdırmanın nəticəsi məlum olana qədər “Malyutka – 2” əmtəə nişanlı uşaq qidalarının satış şəbəkələrindən çıxarılması, vətəndaşlardan isə həmin məhsuldan istifadə etməmələri xahiş olunur.

Araşdırmaların nəticəsinə dair ictimaiyyətə əlavə məlumatlar veriləcək.