Bu axşamdan bu yol da bağlanır XƏRİTƏ

04 Aprel, 2019 12:07 | Sosial | Baxış sayı: 67
Yol təmiri
Yol təmiri

Yoldakı məhdudiyyət təmirlə əlaqədardır

Aparılan təmir işləri ilə əlaqədar olaraq 4 aprel tarixindən 5 aprel tarixinə keçən gecədən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhyə Hüseynov küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq.

Hərəkətin məhdudlaşdırılması sözügedən küçənin Ordubadi küçəsi ilə kəsişməsində yerləşən dairədən Xurşudbanu Natavan küçəsi ilə kəsişməyədək (300 N-li orta məktəb) olan hissəsində tətbiq ediləcək və 5 aprel tarixində axşam saatlarınadək qüvvədə olacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edilir.