Azərbaycanda cinsiyyət orqanları açıq olan körpə doğuldu... FOTO

04 Aprel, 2018 14:46 | Sosial | Baxış sayı: 403
Həkim
Həkim

Uşağın sidik kisəsi çöldə, cinsiyyət orqanı isə açıq olub

Azərbaycanda daxili orqanı - sidik kisəsi çöldə olan uşaq doğulub. İstiPress-in məlumatına görə, bunu Mərkəzi Klinikanın uşaq cərrahı və urologiya üzrə mütəxəssis Fuad Hüseynov bildirib. 

Onun sözlərinə görə, 2 aylıq oğlan uşağı onun üçün olduqca ağır həyati hesab edilən cərrahi əməliyyat keçirib. 

"Olduqca nadir yəni, 100 000 uşaqdan 3-ü dünyaya bizim balacamız kimi şanssız gəlsə də, ailəsi və həkimləri onun normal uşaqlardan fərqlənməməsi üçün əlindən gələni edir. Bizə müraciət etdiyində artıq 2 aylıq olan körpəyə apardığımız müayinələr nəticəsində məlum oldu ki, körpənin sidik kisəsi, sidik axarları çöldədir. Sidik kanalı yoxdu, cinsiyyət orqanı açıq şəkildədir.

Əməliyyatdan öncə çəkilən rentgendə qasıq sümükləri arasındakı məsafə böyük olduğu üçün Uzman travmatoloq Fərhad Verdiyev tərəfindən arxadan qalça sümükləri kəsilib ki, qasıq sümüklərini yaxınlaşdırmaq mümkün olsun". 

Cərrah bildirib ki, çəkisi 3 ,5 kq olan körpə üzərində uşaq cərrahiyyəsinin ən çətin əməliyyatlarından olan sidik kisəsi ekstrofiyasının təmiri əməliyyatı uğurla icra edilib. Yəni sidik kisəsi ətraf toxumalardan sərbəstləşdirilərək normal yerinə yerləşdirilib, qasıq sümükləri yaxınlaşdırılıb, sidik kanalı bərpa edilib.

Uşağın vəziyyəti hal-hazırda yaxşıdır və yaşadığı rayondadır. 

Mərkəzi Klinikanın uşaq cərrahı və urologiya üzrə mütəxəssis Fuad Hüseynov
Mərkəzi Klinikanın uşaq cərrahı və urologiya üzrə mütəxəssis Fuad Hüseynov